“Polis haqqında” qanun dəyişir

Milli Məclis, arxiv fotosu

-

Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.
“Modern.az” saytı xəbər verir ki, iclasın gündəliyinə 16 məsələ daxildir.

Buraya Milli Məclis komissiyalarının təşkili, komitələrə yeni üzvlərin seçilməsi, Çin və Monteneqro hökuməti ilə imzalanan bəzi sənədlərin təsdiqi daxildir.

Bundan başqa iclasın gündəliyinə bir sıra qanun və məcəllələrə dəyişiklik edilməsi də salınıb. “Polis haqqında” qanuna, Cinayət-Prosessual Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunacağı gözlənir.