Moskvada ölənlərdən 8-i qırğızdır

Yanğınsöndürənlər hadisə yerində

Yanğınsöndürənlər hadisə yerində

-

Ötən həftəsonu Moskvada tekstil sexindəki yanğında ölənlərin səkkizi qırğız olub, onlardan biri uşaqdır.

Daha iki qırğız Rusiya vətəndaşı, iki özbək də həlak olub. Məlumatı fevralın 1-də Qırğızıstan Xarici İşlər Nazirliyi yayıb. Bildirilir ki, nazir Erlan Abdyldaev qurbanların qohumlarının Moskvaya getməsi məsələlərinə nəzarət edir.

Yanğın yanvarın 30-da axşam 9-da başlayıb, 3 min kvadrat metr ərazini əhatə edib, söndürülməsi 5 saat çəkib.

Hələlik səbəbi bəlli deyil.

Sexin sahibi qırğız biznesmen Alym Toguzakov olub. Oğlu Erkin də yanğında ölüb. Məlumatı AzadlıqRadiosuna biznesmenin qardaşı Murat Toguzakov verib.