Üzr istədiyinə görə həbsdən buraxdılar

Serikzhan Mambetalin

Qazaxıstanda sosial ədavəti qızışdırmaq ittihamı ilə həbsə atılan hüquq müdafiəçi üzr istədikdən sonra buraxılıb.

Serikzhan Mambetalin və həmkarı Ermek Narymbaev yanvarın 22-də 2-3 il həbz cəzasına məhkum ediliblər.

Amma onların ikisi də həbslərinin siyasi motivli olduğunu deyirlər.

Mambetalin yanvarın 29-da “Feysbuk”da günahkar olduğunu, səhvinə görə üzr istədiyini və bilmədən cinayət törətdiyini yazıb.

Vəkili yanvarın 30-da AzadlıqRadiosuna onun Almaatını tərk etməmək şərti ilə azadlığa buraxıldığını deyib.

Hər iki fəal hakimiyyətin tənqidçilərindən hesab olunur.

Onlar sosial şəbəkələrdə yazdıqları fikirlərə görə ötən ilin oktyabrında saxlanmışdılar.