"Suriya münaqişəsinin hərbi həlli yolu yoxdur.Danışıqlar olmasa qantökülməsi sonuncu Suriya şəhərinin xarabalığa dönməsinədək davam edəcək və praktiki hər bir ev, infrastruktur və sivilizasiya məhv ediləcək ki, bu sonda terrorçuların artmasına səbəb olacaq".
Bunu Suriya ilə bağlı sülh danışıqlarına münasibət bildirirəkən ABŞ Dövlət katibi John Kerry deyib.
O qeyd edib ki, əgər münaqişə nəzarətdən çıxsa asanlıqla bütün regiona yayılacaq.
Qeyd edək ki, Cenevrədə Suriya ilə bağlı sülh danışıqları aparılır.
Suriyanın əsas müxalifət qrupu olan Ali Danışıq Komitəsi danışıqlara başlamamışdan müsbət dəyişiklik görmək istədiyini xəbərdarlıq edib.
Dəməşq nümayəndə heyətinin rəhbəri Bashar al-Jaafari isə bu qrupun danışıqlara ciddi yanaşmadığını deyib.
Amma BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura hər iki tərəflə ayrıca danışıqlar apardığını və nikbin olduğunu bildirib.