İran nüvə proqramına görə xaricdə dondurulmuş 100 milyard dollardan çox aktivlərinin qaytarıldığını bildirir.
Hökumətin sözçüsü Mohammad Bagher Nobakht fevralın 1-də bu vəsaitlərin əksəriyyətinin Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyə banklarında olduğunu və hazırda buraxıldığını bildirib.
O qeyd edib ki, İran bu pullara xaricdən mal alacaq.
İran Mərkəzi Bankının rəsmisi Nasser Hakimi isə hazırda 9 İran bankının xarici əməliyyat və köçürmələrə açıq olduğunu deyir.
Qeyd edək ki, yanvarın 16-da İrana qarşı beynəlxalq sanksiyalar aradan qaldırılıb.
Tehran bundan sonra İtaliya və Fransa ilə çoxmilyardlıq sazişlər imzalayıb.
İrana qarşı sanksiyalar nüvə proqramına görə tətbiq edilmişdi.