-
ABŞ-da hakim hökumətin bir iranlıya qarşı ittihamları ləğv etməsinə qarşı çıxıb. Hökumət İranla ötən aykı məhbus mübadiləsi çərçivəsində həmin şəxsə qarşı sanksiyaların pozulması ittihamını ləğv edib.
Hakim P. Kevin Castel ötən həftə çıxardığı məhkəmə qərarında hökumətin bu addımını rədd etməklə hədələyib. Onun fikrincə, müstəntiqlər Alireza Moazami Goudarzi-yə ittihamların ləğvini “ciddi xarici siyasət maraqları” ilə əsaslandırmalıdırlar.
Castel Tehran və Vaşinqton diplomatlarının gizli razılaşmasının şərtlərini sual altında qoyan yeganə hakimdir.
Hakimin qərarından öncə Gourdazi ilə eyni vaxtda oxşar ittihamla 9 illiyə məhkum edilmiş şəxs də narazılıq edib. Onlar İrandan qadağan olunmuş hərbi təyyarə hissələri almaqda ittiham olunublar.
ABŞ Prokurorunun köməkçisi John Cronan isə fevralın 1-də deyib ki, Gourdazi və digər 13 iranlıya qarşı ittihamların ləğvi İranda saxlanmış beş amerikalı məhbusun buraxılması üçün vacib olub. O, hakimi əmin etməyə çalışıb ki, məhbus mübadiləsi “xüsusi durumda birdəfəlik razılaşma” idi.