Donald Trump Ayova ştatında uduzdu

Ted Cruz və Donald Trump

ABŞ-ın Ayova ştatında prezidentliyə namizədliklə bağlı fevralın 1-də keçirilən partiyadaxili seçkidə Texas ştatından senator olan respublikaçı Ted Cruz əsas favorit hesab olunan milyardçı Donald Trumpa qalib gəlib.

Ted Cruz 27,7, Trump isə 24 faiz səs toplayıb.

Bu Trump üçün ağır zərbə hesab olunur.

Florida ştatından olan senatorMarco Rubio 23,1 faiz, Floridanın keçmiş qubernatoru və keçmiş prezident George Bushun qardaşı Jeb Bush isə cəmi 2,8 faiz səs toplayıb.

Qeyd edək ki, Ayova ştatında bir çox respublikaçılar hökumətdə radikal dəyişiklik edilməsinə çalışırlar.

Demokrat partiyasından isə keçmiş dövlət katibi Hillary Clinton cüzi səs çoxluğu ilə qalib gəlib.

Hillary Klinton 49,9, onun Vermond ştatından senator olan rəqibi Berni Sanders isə 49,6 faiz səs toplayıb.

Növbəti seçki Nyu-Hempşir ştatında keçiriləcək.

Donald Trumpun bu ştatda böyük üstünlüklə liderlik etdiyi bildirilir.

ABŞ-da prezident seçkisi bu il noyabrın 8-də keçiriləcək.