Futzal üzrə "Avro-2016"nın final mərhələsində keçiriləcək İtaliya - Azərbaycan görüşünün hakimləri müəyyənləşib.
UEFA-nın məlumatına görə, fevralın 3-də Belqradda keçiriləcək görüşün baş hakimi ingiltərəli Mark Birkett olacaq.
Ona ukraynalı Oleq İvanov və türkiyəli Kamil Çetin köməklik edəcək.
Azərbaycan millisinin bütün oyunlar "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.
D qrupunda mübarizə aparan Azərbaycan yığması fevralın 3-də İtaliya, iki gün sonra isə Çexiya yığması ilə qarşılaşacaq.
Serbiyanın paytaxtı Belqradda keçiriləcək hər iki oyun Bakı vaxtı ilə saat 00:00 başlayacaq.