Ukraynanın iqtisadiyyat naziri istefa verdi

Aivaras Abromavicius

Ukraynanın iqtisadiyyat naziri Aivaras Abromavicius islahatların getməməsinə görə istefa verib.

Bunu fevralın 3-də jurnalistlərə nazirin özü deyib: ”Mən bu gün Ukraynanın iqtisadiyyat və ticarət naziri vəzifəsindən istefa vermək qərarına gəldim. Buna səbəb sistemli və vacib islahatların dayandırılmasına yönəlmiş səylərin kəskin artmasıdır”, deyə o bildirib.

Abromavicus əslən litvalıdır.

O və ABŞ-da anadan olmuş maliyyə naziri Natalia Jaresko ölkə iqtisadiyyatını qaldırmaq üçün nazir vəzifələrinə 2014-cü ilin dekabrında təyin ediliblər.

ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payet (Geoffrey Pyatt) fevralın 3-də Abromavicusu Ukrayna hökumətindəki böyük islahatçı liderlərdən biri adlandırıb.

Onun istefası parlamentdə prezident Poroshenko hökuməti ilə güclü biznes maqnatları ilə bağlı olanmüxtəlif siyasi maraqlar arasında narazılığın artması fonunda baş verir.