Azərbaycan İtaliyaya qarşı

Foto arxiv

Serbiyanın paytaxtı Belqradda futzal üzrə "Avro-2016"nın final mərhələsinin oyunları başlayıb.

Azərbaycan millisi fevralın 3-də ilk oyununa çıxır.

D qrupunda mübarizə aparan Azərbaycan yığması İtaliya ilə üz-üzə gələcək.

Azərbaycan millisi fevralın 4-də keçiriləcək növbəti oyunda isə Çexiya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, hər iki oyun "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.

Oyunlar Bakı vaxtı ilə saat 00:00 başlayır.