20-ə yaxın kənd işıqsız qalıb

-

Masallı rayonun Təklə kəndi ərazisindəki elektrik yarımstansiyasında güclü yanğın olub. Xəbəri APA yayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən 3 yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Lakin yanğın şiddətləndiyindən Lənkəran və Cəlilabad rayonlarından daha 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğını lokallaşdırmaq mümkün olub.

Yarımstansiyadakı transformator yararsız vəziyyətə düşdüyündən Lənkəran və Masallı rayonlarının ümumilikdə 20-yə yaxın yaşayış məntəqəsi işıqsız qalıb. Hazırda qəza briqadaları elektrik enerjisinin nəqli istiqamətində tədbirlər görürlər. Faktla bağlı araşdırma aparılır.