Neft bahalanır

Arxiv fotosu

-

Fevralın 4-də xam neftin qiyməti qalxmağa başlayıb. Səbəb dolların nisbətən zəifləməsi, eləcə də istehsalın azaldıla biləcəyi barədə söz-söhbətlərdir.

ABŞ neftinin barreli 40 sent bahalanaraq 32.68 dollara bərabərləşib. Brent isə 43 sent bahalanıb, barreli 35.47 dollar olub.

Ancaq təhlilçilərin fikrincə, bu il və gələn il qiymətlər aşağı həddə qalacaq. Belə ki, istehsal azalana oxşamır, qlobal tələb düşür.

Bu arada Rusiyanın istehsalın azaldılmasına dair OPEC ilə danışıqlara hazır olduğunu bildirməsi neftin qiymətinə təsirsiz ötüşməyib.