"Barselona"nın futbolçusu Lionel Messi 500-dən çox qol vurub.
Xarici idman portallarının məlumatına görə, Messi İspaniya kubokunun yarımfinalında "Valensiya" ilə oyunda het-trik edərək vurduğu qollarının sayını 501-ə çatdırıb.
Oyun 7:0 hesabı ilə “Barselona”nın xeyrinə qurtarıb.
Qeyd edək ki, Messi bu qollardan 436-nı “Barselona” da , 56-nı isə Argentina millisində vurub.