"Hilal Məmmədov deyirdi, məni qaçırıblar"

Hilal Məmmədov

-

“Avropa İnsan Haqları Məhkəməsi fevralın 4-dəki qərarı ilə Hilal Məmmədovun tutularkən işgəncəyə, qeyri-insani rəftara məruz qaldığını faktlarla təsdiq etdi. Bu qərar həm də onun həbsinin qanunsuz olduğuna dəlalət edir”.

Vəkil Cavad Cavadlı Avropa İnsan Hüquqları Məhkəməsinin fevralın 4-də “Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun şikayəti ilə bağlı çıxardığı qərarı AzadlıqRadiosuna belə şərh edib.

AİHM fevralın 4-də redaktorun Konvensiyanın 3-cü maddəsi (işgəncələrin qadağan edilməsi) ilə zəmanət verilmiş hüquqlarının pozulduğunu tanıyıb. Qərarda göstərilir ki, Hilal Məmmədov 2012-ci ilin iyununda həbs ediləndə polisin və mülki geyimlilərin zorakılığına məruz qalıb.

Cavad Cavadlı bildirib ki, Hilal Məmmədov saxlananda mülki geyimdə olan şəxslər özlərini ona təqdim də etməyiblər: “Hilal həmişə deyirdi ki, elə bilirdim, məni qaçırdırlar”.

Vəkil bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi Hilal Məmmədovun Konvensiyanın 5-ci (ifadə azadlığı), 10-cu maddəsi (fikrin ifadə olunması azadlığı) ilə bağlı işlərinə də baxacaq. Müdafiə tərəfi yaxın aylarda qərarların çıxarılmasını gözləyir.