Lagarde Ukraynadan narahatdır

Christine Lagarde (solda) və Ukrayna Prezidenti Petro Poroshenko (arxiv fotosu)

-

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Christine Lagarde deyir ki, Ukraynada islahatçı iqtisadiyyat nazirinin hökumət korrupsiyasını əsas gətirərək bu həftə qəfil istefa verməsindən narahatdır.

“Onun səylərini alqışlamaq istərdim. İstefasını elan etməsi narahatlıq yaradır”, Lagarde fevralın 4-də Aivaras Abromavicius-un istefasına münasibət bildirib.

“İddiaları əsaslıdırsa, bu, hökumətin həyata keçirdiyi antikorrupsiya tədbirlərinin hələ işləmədiyini göstərir”, Lagarde bildirib.

BVF Ukraynaya maliyyə ayıran əsas qurumlardandır. Fondun hazırda Kiyev üçün 17.5 milyard dollarlıq kredit proqramı var. Ancaq hökumət üzərinə azad bazar islahatları həyata keçirmək, korrupsiya ilə mübarizə aparmaq öhdəlikləri qoyulub.

Lagarde onu da söyləyib ki, bu sahədə hələ çox iş görülməlidir.