«7 oldular, bəy…»

Fazil Məmmədov

-

Vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 2 dəfə azaldıb.

«Report» xəbəri nazirliyə istinadən yayıb.

Buna qədər nazirin müşavirlərin sayı 13 nəfər idi. Hazırda 7 müşavir fəaliyyət göstərir.

7 müşavir isə işdən azad olunaraq nazirliyin müxtəlif struktur vahidlərində müavin vəzifəsinə təyin olunublar.

Bunlar Akif Musayev, Namiq Quliyev, Asəf Əsədov, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Müsavər Nəbiyevdir.

Bundan başqa, F.Məmmədovun əmri ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Tariyel Aydın oğlu Quliyev vergilər nazirinin müşaviri təyin edilib.