Papa ilə Kiril görüşəcək

Pope Francis və Patriarch Kirill

Roma papası Francis gələn həfdtə Kubada Rusiya Pravoslav kilsəsinin patriarxı Kirillə görüşəcək.

Bu barədə fevralın 5-də Vatikan məlumat yayıb.

Görüş fevralın 12-də keçiriləcək.

Bu Katolik və Rusiya Pravoslav kilsələri liderlərin ilk görüşü olacaq.

Qeyd edək ki, bu iki kilsə arasında bir sıra fikir ayrılıqları mövcuddur.

Papa Francis Kubaya regiona səfəri şərçivəsində gedəcək. O bundan əvvəl Meksikada olacaq.

Patriarx Kiril isə Kubada rəsmi səfərdə olacaq.

Rusya Pravoslav kilsəsindən verilən məlumata görə, səfərdə Yaxın Şərqdə xristian icmasının təqib olunmasına birgə reaksiya da müzakirə olunacaq.