-
2015-ci ilin sonuna, Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 508,5 milyon manat təşkil edib.
Mərkəzi Bankın yaydığı məlumata görə, bu, noyabr ayı ilə müqayisədə 278,9 milyon manat (22.7%) çoxdur.
Ekspertlər hesab edirlər ki, artıma əsas səbəb ötən il dekabrın 21-də manatın ikinci devalvasiyaya uğramasıdır.
Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı isə 6,6%-dən 6,9%-ə yüksəlib.