Assange barəsindəki qərarı qələbə sayır

Julian Assange

“Wikileaks” in banisi Julian Assange BMT-nin işçi qrupunun onun qanunsuz saxlanması ilə bağlı qərarını “Böyük qələbə” adlandırıb.

O Londondakı Ekvador səfirliyindən videogörüntü ilə jurnalistlərin suallarını cavablandırarkən deyib ki,

Böyük Britaniya ilə İsveç ekspertlərin qərarından şikayət verə bilməzlər.

Amma qeyd edək ki, Böyük Britaniya artıq bu qərarın hüquqi qüvvəsi olmadığını bildirib.

BMT-nin müstəqil ekspertlər qrupu bildirib ki, Julian Assange Londondakı Ekvador səfirliyində qanunsuz saxlanır, buraxılmalı və ona təzminat ödənməlidir.

Bunu fevralın 5-də BMT-nin Qanunsuz Saxlamalar üzrə İşçi qrupunun rəhbəri Seong-Phil Hong bəyanat yayıb.

Assange 2012-ci ilin iyunundan Londondakı səfirlikdə qalır. İsveç onu seksual təcavüzdə ittiham edir və ekstradisiyasını tələb edir.

Britaniya hökuməti də bildirir ki, Assange-ı İsveçə təhvil vermək kimi hüquqi öhdəliyi var.