Twitter 125 min hesabı bağlayıb

Foto illüstrasiya

-

«Twitter» zorakılığa çağıran, terroru dəstəkləyən hesabları sıradan çıxarıb.

Bu barədə sosial şəbəkənin rəsmi bloqunda açıqlama verilir.

Ləğv edilən əksər hesabın İŞİD-ə aid olduğu bildirilir.

Sosial platforma öz xidmətindən qorxu, güc məqsədiylə faydalanmağa imkan verməyəcəyini bəyan edir: «Dünyada bir çox terror qruplaşmasının və təriqətlərin törətdiyi vəhşiliklərdən dəhşət duyuruq. «Twitter» elə qruplaşmalara vasitə olmayacaq».

Açıqlamaya görə, ötən ilin ortalarından bəri 125 min hesab bağlanıb. Bu addımdan sonra terroru dəstəkləyən bir çox istifadəçi saytdan uzaqlaşıb.

«Twitter» mübarizəni daha da gücləndirəcəyini bildirir.