İlk şuranı İqtisadiyyat Nazirliyi yaratdı

Nazirlər Kabineti

-

Mərkəzi hakimiyyət orqanlarında artıq ilk Apellyasiya Şurası yaradılıb.

İqtisadiyyat Nazirliyində yaradılan şuraya nazirin müavini Sahib Məmmədov rəhbərlik edəcək. 7 nəfərdən ibarət şuraya nazirliyin strukturuna aid olan və tabeliyindəki qurumların məsul şəxsləri daxil ediliblər.

Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.

Ölkə başçısı fevralın 3-də «Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında» fərman imzalayıb. Fərmana əsasən, bütün mərkəzi və yerli icra hakimiyyəti qurumları yanında sahibkarlığa kömək məqsədilə Apellyasiya Şuralarının yaradılması nəzərdə tutulur.