Şimali Koreya uzaqmənzilli raketi sınaqdan çıxarıb. Belə sınaqlar beynəlxalq qanunlara tamamilə ziddir.
Bundan əvvəl Pxenyan BMT-ni, yerüstü müşahidələr üçün nəzərdə tutulmuş peyki orbitə çıxarmaq planları barədə xəbərdar etmişdi.
Cənubi Koreya və ABŞ hərbiyyələri Şimali Koreyanın uzaqmənzilli raketi atdığını təsdiqləyiblər.
Xəbər verilir ki, raket ölkənin şimal-qərbindəki bazadan atılıb və Yaponiyanın Okinava adasının üstündən keçib.
Təhlilçilər bildirirlər ki, Şimali Koreya ABŞ torpağını vurmağa qabil raketlərin yaradılmasına çalışır.
Yaponiyanın baş naziri Shinzo Abe Şimali Koreyanın hərəkətini “tamamilə qəbuledilməz” adlandırıb və bildirib ki, Pxenyan BMT qətnamələrini açıq şəkildə pozub.
Bundan əvvəl Cənubi Koreya mediası Şimalda diktator Kim Jong İl-in ad günü münasibəti ilə raket atılacağı barədə ehtimallar irəli sürmüşdü, hərçənd bu xəbərlərdə sınağın fevralın 16-da keçiriləcəyi proqnoz edilmişdi.