Əfqanıstanda 3 tibb işçisi öldürülüb

Əfqanıstanda uşaq peyvənd qəbul edir

-

Əfqanıstanın şərqində Kunar vilayətində uşaqları iflicə qarşı peyvənd edən 3 tibb işçisi öldürülüb. Onlar iki həftə öncə itkin düşüblər, fevralın 6-da gecə meyitləri tapılıb.

Əfqanıstanda və qonşu Pakistanda iflic peyvəndi vuranlar tez-tez hücuma məruz qalır.

Fevralın 7-də Loqar vilayətində isə yol kənarına qoyulmuş bomba partladılıb, bir polis əməkdaşı həlak olub, 8 nəfər yaralanıb. Yaralılar içində hakimlər var.

Hücuma görə məsuliyyəti götürən olmayıb.