Dağıntılar altından 2 nəfər çıxarılıb

Xilasedicilər iş başında, 6 fevral, 2016-cı il

-

Tayvanda azı 36 nəfərin həyatına son qoymuş zəlzələdən iki gün sonra dağıntılar altından daha 2 nəfər çıxarılıb.

Rəsmilər fevralın 8-də bildiriblər ki, Tainan şəhərində çökmüş binanın altında 100-dək insan qalıb. Bir qadının və bir kişinin xilası daha çox insanın sağ qala biləcəyinə ümidləri artırıb.

Ancaq çoxunun həlak olduğu bildirilir.

Fevralın 6-a Tayvanda 6.4 bal gücündə zəlzələ baş verib, həmin binadan 200-dən çox insan xilas olunub. Ölkə üzrə 500 nəfər xəsarət alıb.

Çökmüş yaşayış binasının tikintisi zamanı təhlükəsizlik qaydalarına necə riayət olunması üzrə istintaq başlanıb.