Futzal üzrə Avropa çempionatı çərçivəsində Belqradda keçirilən yarışlar davam edir.
D qrupunda keçirilən son oyun Azərbaycan millisi üçün də mühüm idi.
Son oyunda İtaliya və Çexiya milliləri görüşüb.
İtalya millisinin ən azı heç-heçə oynaması Azərbaycan yığmasının 1/4 finalaçıxmasını təmin edirdi.
İtaliya millisi isə bu görüşdə Şexiyanı 7:0 hesabı ilə məğlub edib.
Buna görə də xalı olmayan Çexiya millisi qrupda qalmalı olub.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə İtaliyaya 0:3 hesabı ilə uduzsa da Çexiyanıikinci görüşdə 6:5 hesabı ilə məğlub edib.
Bununla da, qrupun ikincisi kimi 1/4 finala keçib.
UEFA-nın məlumatına görə, Azərbaycan millisi indi
C qrupunun qalibi Rusiya ilə üz-üzə gələcək.
İtaliya yığması isə C qrupunda ikinci olan Qazaxıstanla görüşəcək.
1/4 final mərhələsinin oyunları fevralın 8-9-da keçiriləcək.
1/4 final mərhələsinin cütlükləri aşağıdakı kimidir:
Serbiya - Ukrayna
Portuqaliya - İspaniya
Rusiya - Azərbaycan
Qazaxıstan - İtaliya