Kanada İraq və Suriyada ekstremist qruplara qarşı hava zərbələrini dayandırıb və iki həftəyə qırıcı təyyarələrini çıxaracaq.
Bunu fevralın 8-də baş nazir Justin Trudeau bəyan edib.
O qeyd edib ki, Kanada bombardımanları fevralın 22-dək dayandırıb və hərbi qulluqçularının sayını 650-dən 830-a çatdıracaq, planlaşdırma və kəfiyyatla məşğul olacaq.
Nazir deyib ki, ölkə təyyarələrin yanacaqla təmin edilməsi və müşahidə üçün regionda iki təyyarə saxlayacaq.
O Ottavada jurnalistlərə deyib ki, istənilən missiyada seçim etmək lazımdır, biz hər şeyi edə bilmərik.
Justin Trudeau bildirib ki, təkbaşına zərbələr regionda davamlı sabitliyə apara bilməz.
Kanada hökuməti həmçinin 3 il ərzində Yaxın Şərqə humanitar yardım və regionun inkişafına 718 milyon dollar vəd edib.
Ötən ilin oktyabrında seçkiləri udan baş nazir İraq və Suriyadakı 6 təyyarənin çıxarılacağını vəd eləmişdi.