Mədət Quliyev “kəfənli” etirazçıları qəbul etdi

Sizin brauzer HTML5-i dəstəkləmir

"Məni betonun içinə saldılar... barmaqlarımı qırdılar..."

►10 saat gözlədilər

Ötən həftə Baş Prokurorluğun qarşısında "kəfənli" aksiya keçirən narazı vətəndaşlar fevralın 8-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) qarşısına toplaşıblar.

DTX-nin rəisi Mədət Quliyevlə görüşmək istəyən şikayətçilər bu məqsədlə səhər saat 8-dən gözlədiklərini, nəhayət, axşam saat 18.00 radələrində Mədət Quliyevin onları qəbul etdiyini deyirlər.

Bu barədə AzadlıqRadiosuna görüşdə iştirak edən vətəndaşlar məlumat veriblər.

Təxminən üç saat davam edən görüşdə vətəndaşların hər biri onları narahat edən problemi diqqətə çatdırıblar.

_________________________________________________________

Bunlara da bax:

_________________________________________________________

Eyni zamanda, məmur özbaşınalığı, qanunların pozulması ilə bağlı şikayətlərə müvafiq qurumların, vəzifəli şəxslərin laqeyd münasibətindən gileyləniblər.

Mədət Quliyev də öz növbəsində qaldırılan hər bir problemin araşdırılacağını bildirib.

İndiyədək həmin şikayətçilər Baş Prokurorluq, Prezident Administrasiya qarşısında etirazlar keçiriblər. Baş Prokurorluq isə ötən həftə həmin yaydığı açıqlamada həmin işlərin ya məhkəmə icraatında olduğunu, ya da araşdırma aparıldığını bildirirdi.