-
Rusiyanın NATO-dakı səfiri xəbərdarlıq edir ki, Moskva alyansın Rusiya sərhədləri yaxınlığında möhkəmlənməsinə cavab verəcək. “Əminəm, NATO-da hər kəs anlayır ki, sərhədlərimiz boyunca NATO hazırlıqları hərbi-texniki reaksiyasız qala bilməz”, Alexander Grushko fevralın 8-də Rossiya-24 televiziyasına deyib.
O, “Rusiyanın təhlükəsizlik maraqlarını güzəştə getməyəcəyini” bildirib, ancaq Kremlin konkret hansı addımlar atacağını da söyləməyib.
Ukrayna böhranı səbəbindən Rusiya-Qərb münasibətləri pisləşəndən ABŞ və NATO müttəfiqləri Mərkəzi və Şərqi Avropaya əlavə silahlar yerləşdirib, təlimlər keçib. Moskva isə bu addımlara hədə kimi baxır.