İŞİD-çinin arvadına ittiham

Kayla Jean Mueller

-

Fevralın 8-də Birləşmiş Ştatlar İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının ötən il öldürülmüş “nazir”inin arvadına ittiham irəli sürüb. Qadın amerikalı girov Kayla Mueller-in ölümünə yardımda ittiham olunur.

Umm Sayyaf adıyla tanınan Nisreen Assad Ibrahim Bahar mayda tutulanda etiraf etmişdi ki, əriylə birlikdə Mueller-i girov saxlayıblar. Yardım işçisi olan Mueller-in dəfələrlə İŞİD lideri Abu Bakr al-Baghdadi ilə cinsi əlaqəyə məcbur edildiyi bildirilir. ABŞ rəsmiləri belə deyirlər.

Mueller-in ölümü bir il öncə təsdiqlənib.

Sayyaf-ın mühakimə üçün ABŞ-a gətiriləcəyi bəlli deyil. 25 yaşlı iraqlı qadın hazırda İraqda saxlanır. Əri Abu Sayyaf İŞİD-in keçmiş naziridir, mayda öldürülüb.