Rusiyadan ABŞ-a xəbərdarlıq

Şimali Koreyanın raket sınağı

-

Moskva xəbərdarlıq edib ki, ABŞ-ın Cənubi Koreyaya raketdən müdafiə sistemi yerləşdirməsi regionda “silahlanmaya təhrik edər” və Koreya yarımadasında “nüvə probleminin həllini qəlizləşdirər”.

Fevralın 10-da yaydığı bəyanatda Xarici İşlər Nazirliyi Vaşinqtonu ittiham edir ki, Pxenyanın nüvə və raket sınaqlarından bəhanə kimi istifadə edir, THAAD sistemini genişləndirir.

Çin də THAAD sisteminin Cənubi Koreyaya yerləşdirməsinin regionda sabitliyə zərbə vurduğunu bildirir.

Cənubi Koreya və ABŞ-ın müdafiə rəsmiləri bəyan ediblər ki, Şimali Koreyanın silah hədəsini azaltmaqdan ötrü THAAD sisteminin yerləşdirilməsi üzrə rəsmi danışıqlara başlayacaqlar. Pxenyan fevralın 7-də uzaqmənzilli raket sınaqdan çıxarıb.