Prezidentdən tikintiyə - 1.3 milyon manat

İlham Əliyev

-

Prezident İlham Əliyev Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisinə 1.3 milyon manat ayırıb.

Ölkə başçısının fevralın 10-da imzaladığı fərmana əsasən, ayrılan vəsaitlə 13 min əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi başa çatdırılmalıdır.

Yada salaq ki, ölkə başçısının sərəncamları ilə Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisinə 2013-cü ildə 5, 2014-cü ildə isə 4,3 milyon manat ayrılmışdı.