Fabius hökumətdən gedir

Laurent Fabius

Fransanın xarici işlər naziri Laurent Fabius hökumətdən gedir.

O fevralın 10-da bunun prezident Francois Hollandenin hökumətdə dəyişiklik planı ilə bağlı olduğunu deyib. Prezident bunu yaxın günlərdə elan etməlidir.

Reutersin məlumatına görə, Hollande 2017-ci il prezident seçkiləri ərəfəsində komandasını dəyişmək istəyir.

Fabius jurnalistlərə deyib ki, hökumətdə dəyişiklik bir neçə ay sürəcək və bu yaxın günlərdə elan edilməlidir.

Bu prezident Hollandenin nüfuzunun azalması fonunda baş verir.

Terrorçuluqda ittiham olunanların vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı plan Sosialist partiyasının daxilində narazılığa səbəb olub.

Qeyd edək ki, Fabius İranla nüvə sazişinin əldə edilməsində mühüm rol oynayan siyasətçilərdən biridir.