Poroshenko: “İslahatlara sadiqəm”

Christine Lagarde (sağda) və Petro Poroshenko (arxiv fotosu)

-

Ukrayna Prezidenti Petro Poroshenko Beynəlxalq Valyuta Fondunu (BVF) əmin edib ki, iqtisadi islahatlara və hökumətin korrupsiyadan təmizlənməsi işinə sadiq qalır. Fevralın 10-da Ukraynaya 17.5 milyard dollarlıq kreditin risk altında olması barədə sərt xəbərdarlıq edilib.

Bundan sonra Poroshenko BVF rəhbəri Christine Lagarde ilə telefonla danışıb, islahatların davam etməsindən ötrü “yol xəritəsi” hazırlamağa razılaşıb.

Lagarde-nın sözlərinə görə, Poroshenko onu islahatlara sadiq qalması barədə əmin edib.

BVF-nin sərt xəbərdarlığından öncə ölkənin iqtisadiyyat naziri Aivaras Abromavicius istefa verib, o, hakim koalisiyadakı korrupsiyanı səbəb göstərib.