Konqresmenlər İran viza qaydalarına qarşı

Arxiv fotosu

-

Obama administrasiyasının bəzi iranlılar üçün viza qaydalarını yüngülləşdirmək planı Konqresdə ciddi müqavimət doğurub. Administrasiya İrana səyahət edən biznesmenlər və jurnalistlər üçün bəzi qaydaları dəyişmək istəyir.

Ancaq fevralın 10-da Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsində keçirilən dinləmədə bu niyyətə etirazlar səslənib.

“Qanunda belə bir səlahiyyət nəzərdə tutulmayıb. Konqres Ağ evin təklifini qətiyyətlə rədd edib”, Komitə sədri, Respublikaçı Michael McCaul deyib. O, administrasiyanı Tehran bu qaydalara etiraz etdiyi üçün qanunu dəyişmək cəhdində ittiham edib.

Ağ ev isə bildirir ki, məqsədi İranda və İraqda iqtisadi yenidənqurma cəhdlərinə kömək edən jurnalistləri, humanitar yardım işçilərini, biznesmenləri qorumaqdır.