Sabah Münhen konfransı başlayır

Münhen Təhlükəsizlik Konfransı - 2014

-

Fevralın 12-dən 14-nə kimi Almaniyada Münhen Təhlükəsizlik Konfransı keçiriləcək. Konfransda təhlükəsizlik, məhdud imkanlar və beynəlxalq intizamın zəifliyi məsələləri müzakirə olunacaq. Xəbəri «Report» yayıb.

Münhenə 30-dan çox dövlət, hökumət rəhbərləri, 70-dən çox XİN başçıları və müdafiə nazirlərinin gələcəyi gözlənilir.

Avropanın qaçqın böhranına cavabı, Suriya müharibəsi və Saharadan cənuba Afrika ölkələrinin sabitliyi də müzakirə obyektidir.

İordaniya kralı Abdullah II, Polşa prezidenti Andrzej Duda, Ukrayna prezidenti Petro Poroshenko, Rusiya baş naziri Dmitry Medvedev, İraq baş naziri Haider al-Abadi və ABŞ dövlət katibi John Kerry konfransda iştiraklarını təsdiqləyiblər.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə dövlət başçısı İlham Əliyevin də konfransa qatılacağını deyib.