Hazard "Real"a keçə bilər

Eden Hazard

Mövsümün sonunda "Çelsi"dən gedəcəyi gözlənilən Eden Hazarda təkliflər gəlir.

Xarici idman portallarının məlumatına görə, onunla Fransanın PSJ klubu da maraqlanır.

PSJ-nin mövsümün sonunda Hazarda yüksək maaş təklif edəcəyi gözlənilir.

Amma Hazard Madridin "Real" klubuna keçmək üçün PSJ-nin təklifini rədd etmək fikrindədir.

Məlumatlara görə, Hazard "Real"ın baş məşqçisi Zineddin Zidane ilə çalışmaq istəyir.

Qeyd edək ki, "Çelsi"nin baş məşqçisi Hiddink bu yaxınlarda Hazardın mövsümün sonunda komandadan gedəcəyini bildirimişdi.