Medvedevdən “dünya müharibəsi” xəbərdarlığı

Dmitry Medvedev

-

Rusiyanın Baş naziri Dmitry Medvedev xəbərdarlıq edib ki, Suriya münaqişəsinin həlli tapılmasa və ABŞ və ərəb quru qüvvələri münaqişəyə cəlb olunsa, əbədi, yaxud “dünya müharibəsi” mümkündür.

Medvedev fevralın 11-də Almaniyanın Münhen şəhərində Handelsblatt qəzetinə müsahibəsində deyib ki, Vaşinqtonla Moskva nüfuzlarından istifadə edərək tərəflərin atəşkəsə razılaşmasına nazil olmalıdırlar.

Onun sözlərincə, Səudiyyə qüvvələri ABŞ-ın rəhbərliyi ilə quru əməliyyatına qoşulsa, Suriya münaqişəsi “əbədi müharibə”yə çevrilir. O, Əfqanıstanı və “bir sıra digər ölkələr”i misal göstərib.

Fevralın 11-də dünya gücləri Suriyada atəşkəsə razılaşıblar.