-
Çexiya paytaxtı Praqanın mərkəzindəki Wenceslas meydanında yerləşən Milli Muzeyin damında yanğın olub.
Yanğın fevralın 12-də səhər tezdən baş verib, 2 saata söndürülüb.
Yanğınsöndürənlər muzeyin damının 200 kvadrat metrinin və üst qatının yandığını, ancaq eksponatlara ziyan dəymədiyini bildirir.
Tüstüdən zəhərlənmiş bir mühafizəçi xəstəxanaya götürülüb.
Yanğının səbəbi, ziyanın miqyası araşdırılır.
1885-1891-ci illərdə tikilmiş bu binada hazırda təmir işləri gedir, 2018-ci ildə tamamlanmalıdır.