l.Əliyev ABŞ kəşfiyyatçısı ilə görüşüb

İlham Əliyev

-

Prezident İlham Əliyev ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini Marsel Lettre ilə görüşüb.

“Azərtac”ın xəbərinə görə, görüşdə ölkələr arasında terrorizmlə mübarizə sahəsində əməkdaşlıq baxımından yaxşı perspektivlərin olduğu qeyd edilib. Habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib. Münasibətlərimizin bir sıra sahələrdə tərəfdaşlıq səviyyəsində olduğu vurğulanıb” - deyə dövlət agentliyinin xəbərində qeyd edilib.