Rusiya hələ də Suriyanı bombalayır

SU-25

-

Münhen Təhlükəsizlik Konfransında Suriyada atəşi dayandırmaqla bağlı razılaşmaya baxmayaraq, Rusiya Bashar Assad-ı dəstəkləmək üçün Suriyanı bombalamaqda davam edir.

Hərbi əməliyyatların dayandırılması razılaşmasına bu həftə baxılması nəzərdə tutulur. Bu müddət ərzində Assad Rusiya aviasiyasının köməyi ilə döyüşləri davam etdirmək niyyətindədir.

Atəşkəs müddətində Suriya şəhərlərinə humanitar yardım çatdırılmasına imkan verilir. Ancaq Qərb dövlətləri qeyd edirlər ki, Rusiya bombardmanı kəsməsə, irəliləyişə nail olmaq çətindir.

Hələb əyalətinin Tal Rifaat şəhəri cümə günü səhər Rusiya təyyarələrinin bombardmanına məruz qalıb. Suriyada İnsan Haqları Müşahidəçiləri bildirib ki, Homs şəhəri də hücuma məruz qalıb.

Razılaşma BMT-nin terror təşkilatı kimi tanıdığı İŞİD, «əl-Qaidə»nin Suriyadakı qolu olan «əl-Nusra»ya qarşı hərbi əməliyyatlara imkan verir.

Ancaq Qərb rəsmiləri deyirlər ki, Moskva və Dəməşq «terrorçu təşkilatlar» adı altında Bashar Assad-a qarşı döyüşən müxalifətçiləri də hədəfə alır.

Fransanın müdafiə naziri Jean-Yves Le Drian bəyan edib ki, «Suriyada Rusiyanın hava zərbələri dayanarsa, atəşkəsin effekti daha çox olacaq».