Qusarda iki nəfər dəm qazından ölüb

Foto illüstrasiya

-

Qusarda iki nəfər dəm qazından faciəli şəkildə ölüb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, fevralın 12-də axşam rayon sakinləri Rəşad Mustafayev və Zoya Maksimova Hil kəndindəki evlərində boğulublar.

Onların dəm qazından zəhərləndiyi müəyyən edilib.

Yada salaq ki, ötən həftə də Azərbaycanda dəm qazından iki nəfər boğulub ölmüşdü.