Avstriya enerji şirkətiolan“OMV”-nin satışa çıxardığı Türkiyədəki “Petrol Ofisi” yanacaqdoldurma şəbəkəsini SOCAR ala bilər.
“Marja”-nın xəbərinə görə, “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz “OMV”-nin səhmlərinin alınacağını istisna etməyib:
“Bu mövzu ilə bağlı hazırda hər hansı bir cavab vermək istəmirəm. Alqı-satqı hələ çox tezdir. Qarşıdakı günlərdə bu məsələ ilə bağlı mövqeye bildirməliyik”, deyə K.Yavuz bildirib.
Yada salaq ki, Avstriyanın enerji şirkəti “OMV” Türkiyədə sahib olduğu “OMV Petrol Ofisi A.Ş.” şirkətinin səhmlərini satışa çıxarıb. Şirkət “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin 100 faizinin satılması üçün bəzi şirkətlərlə danışıqlar aparır. “OMV” özünün 1785 “Petrol Ofisi” yanacaqdoldurma şəbəkəsi ilə Türkiyə bazarında lideridir.
SOCAR 2012-ci il mayın 30-dan Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.