Rusiyanın nəqliyyat nazirliyi Ukrayna qeydiyyatı olan yük maşınlarının ölkə ərazisində hərəkətini qadağan edib.
Nazirlik bunun Ukraynadakı “Avtomaydan” hərəkatı fəallarının hərəkətinə cavab olduğunu deyir.
Hərəkatın fəalları fevralın 11-dən Rusiyaya məxsus yük maşınlarının Ukrayna ərazisində hərkətini əngəlləyir.
Onlar Rusiya ilə ticarət əlaqələrinin dayandırılmasını tələb edirlər.
Ukrayna KİV-lərinin məlumatına görə, Ukraynanın qərbindəki bütün sərhəd-buraxılış məntəqələrində Rusiya qeydiyyatlı maşınların hərəkəti dayandırılıb.
Rusiya nəqliyyat nazirliyinin məlumatına görə, Ukraynanın müxtəlif vilayətlərində hazırda 100-dən çox yük maşını ilişib qalıb.
Bundan başqa Avropa Birliyi ölkələrindən gələn 500-dək yük maşını Ukrayna sərhədini keçə bilmir.