İran dünya ölkələri ilə nüvə sazişindən sonra ilk dəfə olaraq Avropaya neft ixracına başlayıb.
Bu barədə İranın rəsmi İRNA agentliyi məlumat yayıb.
İran neft nazirinin müavini Rokneddin Javadi deyib ki, bu, son beş ildə İrandan Avropaya ilk neft nəqlidir və ölkə iqtisadiyyatının tarixində yeni fəsil olacaq.
Nazir müavini bildirib ki, artıq bir neçə xarici tanker İran nefti ilə doldurularaq Avropa sahillərinə yola salınıb.
İran dünya gücləri ilə bağladığı nüvə sazişinin icrasından sonra dünya bazarına gündə 1 milyon barrel neft çıxarmağa hazırlaşır.
Qiymət düşsə də Tehran hasilatın artırılacağını deyir.