Rusiya prezidenti Vladimir Putin seçkilərdə müşahidəçilərin sayının azaldılması barədə fərman imzalayıb.
Sənəd fevralın 15-də prezidentin rəsmi saytında yerləşdirilib.
İndən belə seçki dairələrində hər bir namizəd və ya partiyadan 2 nəfərdən çox müşahidəçi olmamalıdır.
Bundan əvvəl namizədlərin sayına məhdudiyyət qoyulmurdu.