Hökumət Avropa Çempionatına hazırlaşır

İllüstrasiya

-

Bu il 17 yaşınadək futbolçular arasında Avropa çempionatının final mərhələsi Azərbaycanda keçiriləcək. Prezident İlham Əliyev fevralın 15-də çempionatın təşkili ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda daxili işlər, fövqəladə hallar nazirliklərinə, Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Dövlət Mühafizə Xidmətinə bu yarışla bağlı təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görmək tapşırılıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.