-
Suriya Prezidenti Bashar al-Assad deyir ki, ölkədə beynəlxalq qüvvələrin dəstəklədiyi atəşkəsi yerinə yetirmək “çətin” olacaq.
Atəşkəs üzrə razılaşma ötən həftə Münhendə əldə olunub, bir həftəyə Suriyada döyüşlərin dayandırılmasına çağırır.
Ancaq Assad fevralın 15-də Dəməşqdə televiziya çıxışında bu planın üzərinə “soyuq su çiləyib”.
“Bir həftəyə atəşkəsdən danışırlar. Bir həftəyə kim bütün şərtləri, tələbləri toplaya bilər? Heç kim. Praktik olaraq, atəşkəsdən danışmaq çətin məsələdir,” Assad deyib.
Assad onu da sözlərinə əlavə edib ki, atəşkəs heç də bütün tərəflərin silahlardan istifadəni dayandırması demək deyil.