-
BMT bildirir ki, fevralın 15-də Suriyanın şimalında beş tibb müəssisəsinə və iki məktəbə hücumlarda azı 50 nəfər həlak olub.
Sərhədsiz Həkimlər (MSF) təşkilatı bildirir ki, zərbələrdən biri onların klinikasına dəyib, azı 7 nəfər həlak olub.
Maaret al-Numan şəhərinə hücum zamanı azı 8 nəfər itkin düşüb, öldükləri güman edilir.
Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı xəstəxananı Rusiya təyyarələrinin vurduğunu bildirir.
Hələb vilayətində isə uşaq xəstəxanasına raket düşüb, 5 nəfər ölüb.
BMT-nin Baş katibi Ban Ki-moon hücumları “beynəlxalq qanunların kobud pozuntusu” adlandırıb.
Ötən həftə dünya gücləri Suriyada atəşkəs üzrə razılıq əldə ediblər.