-
ABŞ-da istehsal, ticarət, xidmət sektorunda böyük uğurlar qazanmış sahibkarlardan soruşublar, nə kitablar oxuyursuz.
Onların "Müharibə incəsənəti", şəxsiyyətin, biznesin inkişafı haqda kitabların adlarını çəkməsi təəccüblü deyil. Aralarında biri isə hətta Yazmaq, Üslub məsələlərinə dair kitab oxuduğunu deyib.
Sorğuda aşağıdakı kitabların adları çəkilib:
- Sun Tzu'nun "Müharibə İncəsənəti" kitabı,
- Robert Greene'in "Hakimiyyətin 48 qanunu" kitabı,
- "Qadnlar sual vermirlər", müəlliflər: Linda Babcock və Sara Laschever.
- Howard Zinn, "ABŞ-ın sadə xalqının tarixi" kitabı,
- Malcolm Gladwell'in "Uc nöqtəsi. Kiçik şeylər necə böyük dəyişikliklər yaradır" kitabı,
- "10 cür innovasiya: İnkişaf dissiplini", müəlliflər: Larry Keeley və Brian Quinn.
- "Niyə bəzi ideyalar başqalarına qalib gəlir?", müəlliflər: Chip və Dan Heath.
- "Yanğınsöndürmə şlanqından su içmək: İnformasiya axınında itib-batmadan ağıllı qərarlar vermək", müəlliflər: Christopher Frank və Paul Magnone
- Tanınmış mirvari brendi "The Pearl Source"'un rəhbəri Leon Rbibo deyib ki, Yazmaq sənətinə dair "Üslub elementləri" (müəlliflər: William Strunk və E.B. White) kitabını oxuyur. "Çünki gözəl yazmaq, özünü, məqsədlərini gözəl ifadə etmək hər bir sahibkara lazımdır."