-
Fevral ayının 20-dən Naxçıvan-Batumi avtobus marşrutu fəaliyyətə başlayacaq.
«Report»un məlumatına görə, avtobus Naxçıvan şəhərindən başlayaraq Türkiyə Respublikası ərazisindən keçməklə Batumi şəhərinə hərəkət edəcək.
İlk avtobus fevralın 20-də, saat 7:30-da Naxçıvan Şəhər Avtovağzalından yola düşəcək.
Bir nəfər üçün biletin qiyməti 27 manatdır.
Qeyd edək ki, biletlər muxtar respublika ərazisindəki avtovağzallarda satılacaq.